manera.az
manera.az

Məşhur aktyor vəfat etdi |MANERA.AZ

📅 30.08.2016 12:20

Məşhur aktyor  vəfat etdi |MANERA.AZ

Amerikanın Cin Uaylder ləqəbi ilə məşhur olan komediya aktyoru Cerom Silberman 83 yaşında Konnektikut ştatının Stamford şəhərində öz evində vəfat edib.

MANERA.AZ bildirir ki, bu barədə "Variety" jurnalı yazıb.

Aktyorun qohumları onun ölüm xəbərini təsdiq ediblər. Onların sözlərinə görə, Cerom Silbermanın ölümünə Alsqeymer xəstəliyinin törətdiyi fəsadlar səbəb olub.

Onun çəkildiyi filmlərdən ən məşhurları sırasında "Prodüserlər" (The Producers, 1968), "Villi Vonka və şokolad fabriki" (Willy Wonka & the Chocolate Factory, 1971), "Heç nə görmürəm, heç nə eşitmirəm" (See No Evil, Hear No Evil, 1989), "Gənc Frankenşteyn" (Young Frankenstein, 1974) adlı ekran əsərlərinin adını qeyd etmək olar.

Uaylder "Emmi" mükafatı laureatı idi.


Baxış sayı - 1 496 | Yüklənmə tarixi: 30.08.2016 12:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930