manera.az
manera.az

Sumqayıt teatrı təmir olunur ...

📅 08.07.2016 10:16

Sumqayıt teatrı  təmir olunur ...
Sumqayıt Dövlət Dram Teatrında təmir və yenidənqurma işləri yüksək zövqlə və keyfiyyətlə aparılır

MANERA.AZ xəbər verir ki,teatrın 500 yerlik tamaşa və 100 yerlik konfrans zalı ən müasir avadanlıqla təchiz olunur, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulur. Burada ən müasir səs-akustika sistemi quraşdırılır.

Layihəyə əsasən binanın bütün mühəndis-texniki qurğuları əsaslı surətdə yenilənəcək.

Teatrın ekspozisiyasının daha cəlbedici görünməsi üçün milli arxitektura nümunələrindən istifadə edilir. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunur, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənir. Sənət ocağının köhnə parket döşəməsi sökülərək monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərdən düzəldilib.

Binanın fasadı əvvəlki görünüşünü saxlamaqla üzlük daşlarla üzlənir. Sumqayıt teatrının binası özünəməxsus memarlıq üslubu ilə fərqlənir.


Baxış sayı - 1 568 | Yüklənmə tarixi: 08.07.2016 10:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031