manera.az
manera.az

Kriminal xəbərlər, yoxsa sağalmayan beyin sindromu?..

📅 10.06.2016 14:04

Kriminal xəbərlər, yoxsa sağalmayan beyin sindromu?..

Son vaxtlar dövrümüz üçün aktual sayıla biləçək qədər mühüm mövzuya səbəb olan bir məsələ ətrafında çox düşünürəm. Bu barədə heç düzü yazmaq da istəmirdim. Ancaq facebook səhifəmdə Yusif Cəfərov adlı bir dostumun bölüşdüyü fikri oxuduqdan sonra bir daha bu mövzu ətrafında yazmaq qərarına gəldim.

Bildiyiniz kimi bu gün artıq ötən 80-ci illərdə olduğu qədər qəzet və jurnalların köşklərdən gündəlik alınıb oxunması aktual deyil. Çünki necə deyərlər, texnika əsridir deyərək və vacib xəbərlərin internet səhifələrindən daha tez operativ verilməsi, oxunması ilə informasiya bolluğuna sirayət edilir. Bu səbəbdən kifayət qədər informasiya agentlikləri, saytlar və xəbər portalları fəaliyyət göstərir.
Ançaq xəbər bolluğuna sirayət edən bir çox informasiya agentlikləri, sayıtlar və xəbər portalları bir-birinə istinad edərək manşetə çıxartdıqları yazıların mahiyyətinə belə varmırlar. Son günlər isə daha açınacaqlı hallara rast gəlmək mümkündür. Belə ki, bir çox informasiya agentliklərinin manşetlərində oxuyuruq. “ Ata həyat yoldaşının gözü qarşısında azyaşlı qızını zorladı ”, “ Qardaş iki az yaşlı baçısını zorladı ”, “ Bakıda həkim dostunun həyat yoldaşını zorladı ” və.s bu kimi manşet yazılarının adlarını çox sadalamaq olar. Sizcə bu kimi yazıların manşetə çıxarılması, ümumiyyətlə bu çür xoşəgəlməz hadisələrin ictimailləşməsi cəmiyyətə nə verir ? Bəlkə də informasiya agentliklərimiz bu kimi halların daha çox manşetlərə cıxarılmasını ictimai qınaq obyektinə çevirməklə mübarizə aparmaq fikrindədirlər.

Əslində isə bu məntiqdən çox uzaqdır. Bu tip yazıların ictimailəşməsilə kimisə tərbiyələndirmək mümkün deyil. Bu kimi hallar ictimai qınaqdan daha çox psixoloji təsirə malikdir. Düşünürəm ki, bu çür mövzuların gündəlik manşetlərdə özü də qara, böyük şriflərlə verilməsi bir çox informasiya agentliklərinin, sayıtların və xəbər portallarının reytinq yığmaq məqsədilə populizm xəstəliyinə tutulmalarından irəli gəlir. Bəs görəsən bu tip yazıları manşetlərində verən informasiya agentlikləri, sayıtlar və ya xəbər portallarının rəhbərləri heç düşünürlərmi ki, bununla da gənclərimizin şüurlarına psixoloji təsir etməklə bu kimi halların daha da çoxalmasına şərait yaratmış olurlar.
Anlaya bilmirəm məmləkətdə nə baş verir? Yəni insanlar ləyaqətlərini bu qədərmi itiriblər ? Əslində bu reytinq, populizm xəstəliyi millətin psixoloji travması, əsəbi hesabına qazanılır desəm səhv olmazdı. Bu çür yazılarla nə vaxta kimi reytinq qazanılaçaq ? Bu cür faktlar cinayət tərkibidir və qanunla tənzimlənir. Düşünürəm ki, bu cür halların qarşısını almaq hüquq-mühafizə orqanlarının birbaşa vəzifəsidir. Bu cür şəxslər cəmiyyətdən birdəfəlik islah olunmalıdır. Bu kimi faktların hər gün geniş formada mətbuatda işıqlandırılması beyinlərdə sağalmaz bir sindroma çevrilməkdədir.

Xatırlayıram ki, 2014-cü ilin yanvar ayından mart ayına kimi Azərbaycanda daha çox aktivləşən intihar hadisələri vardı. O zaman bütün televiziya kanalları bu kimi xəbərləri baş xəbərə cıxarırdılar. 2014-cü ildə mən İNTERAZ Tv-nin baş redaktoru kimi fəaliyyət göstərirdim. İNTERAZ Tv-nin rəhbərliyinin təklifi ilə 2014-cü ilin mart ayında “ İntihar hadisələrinin televizayalarda işıqlandırılmasına yox deyək ” aksiyasına start verdik. Qısa bir zamanda respublikamızda fəaliyyət göstərən bütün televiziya şirkətləri İNTERAZ Tv-nin bu aksiyasına qoşuldu və 2014-cü ilin dekabr ayına qədər bu səpgili xəbərlərin verilməsinə hamılıqla yox dedik. Bax o zaman intensivləşən və psixoloji təsirə malik olan xoşəgəlməz və davamlı intihar hadisələrinin nə qədər qarşısının alınmasının şahidi olduq. O zaman düşündük ki, hər gün intihar hadisələrinin teleməkanlarda işıqlandırılması psixoloji təsir etməklə, azca da olsa problemi ola biləçək gənci buna sövq edir.

İnsanlar çox qəddarlaşib və əksəriyyət ləyaqət nə demək olduğunu belə bilmir və anlamır. Bu çür yazıların vurduğu psixoloji zərbənin bəlasını əsrlərlə aradan qaldırmaq mümkün olmayaçaq. Bu tip faktların işıqlandırılması dayandırılmalı və xəstə təxəyyüllü insanların törətmiş olduğu cinayət faktlarından bəhrələnərək papulizmdən, reytinq mövqeyindən uzaqlaşmaq daha məqsədəuyğun olardı. Bu faktları işıqlandıran informasiya agentlikləri, sayıtlar və ya xəbər portallarının rəhbərləri isə bu haqda dərindən düşünməlidir. Xalqı uçuruma aparmaq olmaz. Bu cür faktlarin işıqlandırılmasına artıq informasiya agentlikləri, saytlar və xəbər portalları - YOX - deməyi bacarmalıdır.

MANERA.AZ


Baxış sayı - 10 853 | Yüklənmə tarixi: 10.06.2016 14:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031