manera.az
manera.az

5 yaşlı azərbaycanlı qalib oldu -MANERA

📅 28.03.2016 17:48

                         5 yaşlı azərbaycanlı qalib oldu -MANERA

Macarıstanın paytaxtı Budapeştdə baş tutan Bədii gimnastika üzrə 3-cü Beynəlxalq “Bahar kuboku – 2016” turniri martın 27-də yekunlaşıb. Mötəbər tədbirdə Macarıstan Respublikasını təmsil edən 5 yaşlı azərbaycanlı gimnast Mina Abbasova bütün rəqiblərini geridə qoyaraq birinci pilləyə qalxıb.

“Bahar kuboku – 2016” turniri 2001-2011-ci illərdə doğulanlar arasında keçirilib. Turnirdə ev sahibləri Macarıstanla yanaşı, 17 ölkənin təmsilçiləri – o cümlədən, İtaliya, Rusiya, Çexiya, Kipr, Almaniya, Qazaxıstan, Ukrayna, İsrail, Qırğızıstan, Slovakiya, Estoniya, Bosniya-Hersoqovina, Polşa, Lüksenburq, Moldova, Bolqarıstan, İsveçrə və başqa ölkələrin təmsilçiləri iştirak edib. Güclü rəqibləri ilə mübarizədə birinci olmağı bacaran 5 yaşlı həmyerlimiz Mina Abbasova cəmi 6 aydır ki, peşəkar gimnastika ilə məşğul olsa da, yaşıdları arasında fərqlənərək, Beynəlxalq turnirə vəsiqə qazana bilib.

Qeyd edək ki, beynəlxalq yarışmada ölkəmizi laiyiqincə təmsil edərək qalib olan Mina Abbasova Əməkdar incəsənət xadimi, tanınmış rejissor Əliqismət Lalayevin nəvəsidir. Mina Abbasovanın anası gənc və istedadlı yazıçı-jurnalist Əzizə Lalayeva ailə vəziyyəti ilə əlaqədar müvəqqəti olaraq Macarıstanda yaşayır.

Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 2 008 | Yüklənmə tarixi: 28.03.2016 17:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031