manera.az
manera.az

Dövlət müşaviri: “Belə görüşlərimiz tez-tez olacaq” _MANERA

Dövlət müşaviri: “Belə görüşlərimiz tez-tez olacaq” _MANERA

“Bu son gecə hamımızın xatirində ömrümüz boyu qalacaq…”

MANERA.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Beynəlxalq Multikulturalizm qış məktəbinin yekunları və nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

“Mən bilirəm ki, bizim bir çox tələbələrimizi artıq göz yaşları, qəhər boğmağa başlayır. Bu yaxındakı ayrılıq həsrəti ilə bağlıdır. Amma mən ona da inanıram ki, gələcəkdə belə görüşlərimiz tez-tez olacaq. Qış məktəbinin baş tutmasında əməyi keçən hər kəsə, bütün qurumlara dərin minnətdarlığımı bildirirəm. Əlbəttə, bu ideyanın, bu layihənin ən böyük təşəbbüskarı Prezident İlham Əliyevdir və ən böyük təşəkkür də ona düşür. “-deyə Dövlət müşaviri bildirib.

“Bu günlər ərzində siz bir çox qurumlarda, nazirliklərdə oldunuz, Bakıda və Azərbaycanın bir çox şəhərlərinə səyahət etdiniz.

Mən bu görüşlərin keçirilməsində xüsusi xidməti olan şəxslərə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya, burada olmayan, amma ürəyi bizimlə olan gənclər və idman naziri Azad Rəhimova, Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, Quba, Xaçmaz və Qusar şəhərlərində sizinlə vaxt keçirən, dövlət, hökumət nümayəndələrinə, ziyalılarımıza dərin təşəkkürümü bildirirəm.

Bu günlər ərzində sizinlə intellektual söhbətlər aparan, mühazirələr oxuyan, “dəyirmi masa”lar təşkil edən həm Almaniyadan, Rusiyadan, Litvadan, Gürcüstandan, İsveçrədən gələn alimlərimizə, eyni zamanda, Azərbaycandan bu layihəyə qatılan ziyalılarımıza təşəkkür edirəm.
Bu layihəni təşkil edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Bilik Fondunun və Bakı Slavyan Universitetinin rəhbərliyinə və kollektivinə xüsusi təşəkkür düşür.

İnanıram ki, azərbaycanlı tələbələrimiz də xarici həmyaşıdları ilə mənalı günlər keçiriblər. Eyni zamanda, onların getdiyi yerlərdə - Quba, Qusar, Xaçmazda, Binəqədi rayonunda yerli gənclərin də onlara qoşulması tədbirlərinizi daha maraqlı və faydalı edib. “

Həyata keçirilən tədbirin məqsədindən anışan Dövlət müşaviri bildirib ki, burada məqsəd təkcə sizlərin Azərbaycana olan marağını məhəbbətə çevirmək deyil, bu, yeni zamanda, azərbaycanlı gənclərin sizin təmsil etdiyiniz İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Rusiya, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya, Almaniya, Nigeriyaya olan məhəbbətini təmsil edirdi, bu, sevginin daha da dərinləşməsinə gətirirdi. Qış məktəbi çərçivəsində daha maraqlı bir layihəsinin də həyata keçməsinin şahidi olduq. “Qardaşlaşmış məktəblər” layihəsinə bu dəfə Rusiya, Türkiyə və Azərbaycan məktəbliləri qoşuldular.
“Bu gün Azərbaycan müxtəlif millətlərin, dinlərin, irqlərin qaynayıb-qarışdığı və bir mənəvi bütövlük hiss etdiyi bir Vətənə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev gələcəyə nikbinliklə baxır və belə deyir: “Multikulturalizmin dünyada alternativi yoxdur. Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq”. Elə buna görə də Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etdi və bütün dünyaya azərbaycanlıların mərhəmət, şəfqət, başqasının halına acıma, başqasını öz yanında görmək, başqasına xor baxmamaq kimi dərin duyğularını bütün dünyaya nümayiş etdirdi.” –deyə K. Abdullayev sözlərinə əlavə edib.
Çıxışının sonunda K. Abdullayev iştirakçıları yenidən Azərbaycanda görmək arzusunda olduğunu bildirib.

Bununla da “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi öz işini başa çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31