manera.az
manera.az

Rus bəstəkarı Çaykovskinin doğum günüdür...

📅 07.05.2015 10:27

Rus bəstəkarı Çaykovskinin doğum günüdür...

Bu Bu gün Bu gün dünya musiqi auditoriyasının qəlbini fəth etmiş ilk rus bəstəkarı Pyotr İliç Çaykovskinin doğum günüdür.

O, 7 may 1840-cı ildə anadan olmuşdur.

Çaykovski musiqisi özünün nəzərəçarpacaq rus xalq musiqisi elementləri, zəngin harmoniyası və oynaq melodiyaları ilə seçilir.

Bəstələdiyi əsərlərdə rus xalq musiqisi ənələri ilə yanaşı qərb musiqi elementlərindən böyük ustalıqla istifadə etmişdir. Voyevoda (1868), Su pərisi (Undina) (1869), Yevgeni Onegin (1878), Orleanlı qız (1879), Fərsiz (1883), Çəkmələr (1885), Cadugər(1887), Qəliz qadın, İolanta (1891) operalarının, Yatmış gözəl (1889, Fındıq qıran(Şelkunçik)(1892) baeltlərinin, "Tufan" uverturası (1864), Simfoniya No.1 "Qış xəyyaları" (1866), "Tale" simfonik fantaziyası (1868), Simfoniya No.2 (1872), Fortepiano üçün (konsertlə birgə) Konsert No.1 (1875), Simfoniya No.3 (1875), "Françeska de Rimini" simfpnik fantaziyası (1876), Rokoko müvzusunda variyasiya (konsertlə birgə violenç üçün) (1878), Konsertlə birgə Skripka üçün konsert (1878), Simfoniya No.4 (1878), "1812-ci il" təntənəli üvertura (1880), "Romeo və Culiyetta" üvertura-fantaziyası (1869, 1870, 1880), Orkestrlə birgə fortepiano üçün Konsert No.2 (1880), "Manfred" simfoniyası (1885), "Pezo kapriçiosu" (1887), Simfoniya No.5 (1880), Orkestrlə birgə fortepiano üçün Konsert No.3 (1893), Simfoniya No.6 (1893) simfonik əsərlərinin, "Fəsillər" Op.37b, 12 xarakterik musiqi lövhələri (1876), Uşaq albomu Op.39, 24 yüngül pyeslər (1878), 18 pyes, Op.72 (1892) fortepiano üçün əsərlər, Slavyan marşı (1876), Könüllülər donanmasının marşı (1878) orkestr üçün əsərlərin müəllifi olsa da, sanki "Qu gölü" (1876) baleti onun şah əsəridir.
Çaykovskinin adı gələndə ilk məhz bu əsər yada düşür.
Pyotr İliç Çaykovski 6 noyabr 1893-cü ildə 53 yaşında vəfat etmişdir.

Manera.az


Baxış sayı - 2 386 | Yüklənmə tarixi: 07.05.2015 10:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031