manera.az
manera.az

Yüz illik kinomuzun bəlası _MANERA

Yüz illik kinomuzun bəlası _MANERA

MANERA.AZ rejisssor Əli İsa Cabbarovun yazısını təqdim edir:

Kinomuz ötən yüz ildə edə biləcəyinin hamısını etməyib.Ancaq əlli-altmış ildə edə biləcəyini edib. Yəni imkan və şans olsa da, 60 %-lik nəticə əldə etmişik. Bunun əsas səbəblərdən biri kinematoqrafçılar arası intriqalar və rejissorların həmrəy olmamasıdır. Yaradıcı rəqabət hər yerdə var, amma bizdə olan məhz intriqalardır. Heç bir yaradıcı xarakter daşımır.

Film tarixini oxuyub görürsən ki, hansısa filmi filankəs çəkməliydi, ondan alıb başqasına verdilər. Belə hallar məhz o həmrəyliyin olmamasının nəticəsi idi. Məmur aparatı kino ictimaiyyətini zəif salmaq üçün rejissorların birliyini həmişə sarsıdıb.

Ən əsası biz yüz ildə kinomuzun simasını tapmışıq. Film sahəsi öz ənənəmizdən gəlib. Bu da Mirzə Fətəli Axundov və Üzeyir Hacıbəyova görədir. Onlar bizə Qərblə Şərqi orqanik birləşdirmək resepti verdilər. Ancaq Türkiyədə bu proses bizdəki kimi orqanik olmadı. Ona görə türk kinosu orijinaldan daha çox köçürmədir. Bizim kinonun isə öz ənənəsi və siması var.
Ötən yüz ilə nəzər salanda hansı onillikdə milli kinomuzun uğurlu və uğursuz olmasına gəlincə isə, mənə elə gəlir ki, 1970-ci illər film sahəmiz uğursuz oldu. 60-lardan sonra müəlliflər, sanki, yoruldu. Brejnyev epoxası özünü göstərirdi. Kinomuzun uğurlu illərini 1960-cı və 1980-95 illər arası hesab edirəm. Amma fikrimcə, belə bölgü düzgün deyil. Mənim zəif saya bildiyim dövrün güclü filmləri, güclü saydığım dövrün zəif filmləri də vardı. Sadəcə, 60 və 80-90-cı illər arasının öz stilistikası vardı.

Azərbaycan filmləri təsvirindən daha çox musiqisi ilə tamaşaçıların yadında qalıb.Qara Qarayev, Xəyyam Mirzəzadə, Emin Sabitoğlu, Cavanşir Quliyevin musiqiləri olmadan kinomuzu təsəvvü etmək olmaz. Kino musiqi ənənəmiz çox güclüdür. İstənilən Avropa ölkəsində bizim kino bəstəkarları rəqabətə girə bilərlər.
Kinomuzun ən zəif bəndinin sənədli filmlər olduğunu düşünürəm. Bu da qəribə deyil. Kino, xüsusilə sənədli kino həqiqət deməkdir. Bizim kino isə həqiqətə həmişə həsrət olub. Həm bədii, həm də sənədli kinoda. Sərt həqiqətlər hələ kinomuza ayaq aça bilməyib. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş "Bir cənub şəhərində", "İstintaq" və xüsusilə " Bağlı qapı arxasında" filmləri bu cəhətdən əhəmiyyətlidir, bu filmlər yüz illik kino tariximizdə həqiqətə ən çox yaxınlaşan Azərbaycan filmləridir.

Kinomuzun güclü bəndlərindən biri də aktrisalarımızdır. Əksər hallarda onların rolları səmimiliyi və orqanikliyi ilə seçilib: Leyla Bədirbəyli, Sofa Bəsirzadə, Nəcibə Məlikova, Leyla Şıxlinskaya, Zemfira İsmaylova, Xalidə Quliyeva, Şəfiqə Məmmədova, Səfurə İbrahimova, Amaliya Pənahova, Gülşən Qurbanova, Şükufə Yusifova və nəhayət, Gülzar Qurbanova, Mehriban Zəki. Yeni nəsil aktrisalarmızdan isə Zülfiyyə Qurbanovanın perspektivinə və istedadına əminəm. Məhz bu gözəl xanımlar kinomuzu xalqımıza sevdiriblər: gözəl oyunları, istedadları və sənət yanğıları ilə.

Azərbaycanda aktrisa olmaq özünü çətin imtahanlara düçar etməkdir. Bu xanımlar həmişə sənətin imtahanlarından uğurla çıxıblar. Zəif filmə də rəng qatıblar, xalqa sevdiriblər. Bu yüz ili göz önündən keçirəndə yaddaşımı bu qadınlar coşdurdu, bu yüz ilin ən parlaq yerləri bu xanımlardır.
Əvvəldə qeyd etdiyi kimi kinomuzun inkişafını ləngidən isə məhz qadağalar və intriqalar olub. O, bu qadağaları və intriqaları kinomuzun bəlası kimi qiymətləndirirəm.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031