manera.az
manera.az

Media və Yayım Şurası yaradılıb

📅 07.08.2026 12:44

Media və Yayım Şurası yaradılıb

Manera.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun tətbiqi barədə Fərmanında əksini tapıb.

Azərbaycan Respublikası Media və Yayım Şurası Azərbaycan Respublikası Audiovizual Şurasının hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Şuraya keçir.

Fərmana əsasən, Azərbaycan Respublikası Media və Yayım Şurasının işçilərinin say həddi 108 ştat vahididir.

Fərmanla “Azərbaycan Respublikası Media və Yayım Şurasının strukturu” təsdiq edilib.

Fərmana əsasən, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs ləğv edilib və onun hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Media və Yayım Şurasına verilib.

Nazirlər Kabineti bir ay müddətində Azərbaycan Respublikası Audiovizual Şurasının və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin balansında olan dövlət əmlakının Şuranın balansına verilməsini təmin etməli, cari ildə dövlət büdcəsində Azərbaycan Respublikası Audiovizual Şurası və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində Şuranın fəaliyyətinin maliyyələşdirilməsinə dair məsələləri həll etməli, Şuranın inzibati bina ilə təmin edilməsi ilə bağlı tədbirlər görməlidir. Eyni zamanda Nazirlər Kabineti Şuranın işçilərinin Azərbaycan Respublikası Audiovizual Şurası və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin işçiləri hesabına komplektləşdirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlər görməlidir.


Baxış sayı - 22 | Yüklənmə tarixi: 07.08.2026 12:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31