Müəllimlərin VI Şəbəkələşmə Forumu keçiriləcək

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının maliyyə dəstəyi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tərəfdaşlığı ilə keçiriləcək Müəllimlərin VI Şəbəkələşmə Forumuna qeydiyyat başlayır.
AGMA-dan bildirilib ki, tədbir müxtəlif mədəniyyətləri təmsil edən pedaqoqları bir araya gətirərək ortaq təhsil dəyərləri ətrafında birləşməyə, yeni təşəbbüslərin formalaşdırılmasına və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən müəllimlər arasında güclü peşəkar şəbəkənin yaradılmasına töhfə verəcək.
Forum iyulun 4-də Qax rayonunda təşkil ediləcək.
Qeyd edək ki, Forum iştirakçılarının Qax rayonuna nəqliyyatla daşınması təşkilatçılar tərəfindən təmin olunmur. İştirakçılar tədbir məkanına öz imkanları hesabına gəlməlidirlər.