manera.az
manera.az

Müəllimlərin yerdəyişməsi üzrə qeydiyyat başa çatıb

📅 17.04.2023 16:13

Müəllimlərin yerdəyişməsi üzrə qeydiyyat başa çatıb
Dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsi başa çatıb.

Elm və Təhsil Nazirliyindən MANERA.AZ-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün ümumilikdə 7883 nəfər qeydiyyatdan keçərək elektron ərizəsini təsdiqləyib.

Namizədlərin elektron ərizəsi emal olunduqdan sonra onların şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

Qeyd edək ki, növbəti mərhələdə müsabiqənin vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

Vakant yer seçmək imkanı əvvəlcə şəhid ailələrinin üzvlərinə veriləcək.

Müsabiqənin vakansiya seçimi mərhələsinin keçiriləcəyi tarix barədə ictimaiyyətə məlumat təqdim ediləcək.


Baxış sayı - 395 | Yüklənmə tarixi: 17.04.2023 16:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031