manera.az
manera.az

Nazir müavini: Sosial media platformalarının siyahısı müəyyən ediləcək

📅 08.06.2026 13:13

Nazir müavini: Sosial media platformalarının siyahısı müəyyən ediləcək

Sosial media platformalarının siyahısı müəyyən ediləcək.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini bildirib ki, nəzarət sahəsində müəyyən çətinliklər olacaq: “Bu gün hətta Avstraliyanın özündə də nəzarətlə bağlı çətinliklər və müəyyən hallar müşahidə olunur. Uşaqlar üz cizgilərini dəyişən filtrlərdən və digər vasitələrdən istifadə edirlər. Maarifləndirməyə və birgə fəaliyyətə ehtiyac var. Bu, bizə həmin layihənin icrasında kömək edəcək. Sosial media platformalarının siyahısı müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən ediləcək. Bu zaman platformaların kütləvi istifadə səviyyəsi nəzərə alınacaq. Texnologiyalar sürətlə inkişaf edir. Ona görə də bir müddət sonra hansı çətinliklərlə və suallarla üzləşəcəyimizi indidən dəqiq bilmək mümkün deyil”.


Baxış sayı - 380 | Yüklənmə tarixi: 08.06.2026 13:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031