manera.az
manera.az

Nazir müavini Bişkekdə keçirilən Beynəlxalq Nəqliyyat Forumunda iştirak edib

📅 25.04.2026 13:52

Nazir müavini Bişkekdə keçirilən Beynəlxalq Nəqliyyat Forumunda iştirak edib
Bişkek şəhərində “Qırğızıstan – regional qovşaq: qitələri birləşdirərək” adlı Beynəlxalq Nəqliyyat Forumu keçirilib. Tədbirdə ölkəmiz rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Forum çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) nəqliyyat nazirlərinin 9-cu iclası keçirilib. Tədbirdə beynəlxalq logistika zəncirlərində baş verən dəyişikliklər, alternativ nəqliyyat marşrutlarının artan əhəmiyyəti, həmçinin Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, Orta Dəhliz regionlar arasında dayanıqlı və şaxələndirilmiş nəqliyyat əlaqələrinin təmin olunmasında mühüm rol oynayır. Bununla yanaşı, dəhlizin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması məqsədilə inzibati prosedurların sadələşdirilməsi, tələblərin uyğunlaşdırılması və mövcud infrastruktur maneələrinin aradan qaldırılmasının vacibliyi vurğulanıb.

Səfər çərçivəsində, həmçinin Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Durmuş Ünüvar ilə ikitərəfli görüş keçirilib, qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Baxış sayı - 15 | Yüklənmə tarixi: 25.04.2026 13:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930