manera.az
manera.az

Görkəmli tarixçi-alim İlbər Ortaylı vəfat edib

📅 14.03.2026 12:52

Görkəmli tarixçi-alim İlbər Ortaylı vəfat edib

Görkəmli elm xadimi İlbər Ortaylının vəfatı Türkiyə üçün olduğu kimi, Türk dünyasının elm aləmi üçün də ağır bir itkidir.

Görkəmli tarixçi-alim, tanınmış ictimai xadim İlbər Ortaylı Türk dünyasının dünya elminə bəxş etdiyi nadir simalardandır. Bu böyük elm xadiminin Osmanlı tarixinə və qardaş Türkiyənin mühüm tarixi hadisələrinə və böyük şəxsiyyətlərinin xidmətlərinə həsr edilmiş elmi əsərləri tədqiqatçı elm xadimi ilə mütəfəkkir alim düşüncəsinin vəhdətini əks etdirən sanballı tədqiqatlardır.

Professor İlbər Ortaylı Türk dünyası akademik elmi mühitinin əsas ağsaqqallarından biri kimi yüksək nüfuz qazanmış böyük və parlaq şəxsiyyət idi.

Görkəmli elm xadimi İlbər Ortaylının ölkəmizlə çoxcəhətli əlaqələri Azərbaycan elm tarixinin müasir dövrünün əhəmiyyətli hadisələrinə çevrilib. Ağsaqqal alimin çoxillik elmi fəaliyyətində Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatına həsr olunmuş araşdırmalar da özünəməxsus yer tutur. O, eyni zamanda, müstəqil Azərbaycanın nailiyyətlərinin ardıcıl təbliğatçılarından biri idi. Professor İlbər Ortaylının Azərbaycanın tanınmış simaları və elm adamları ilə əlaqələri ölkələrimiz arasında yeni əməkdaşlıq körpülərinin qurulması və möhkəmləndirilməsində mühüm rol oynayıb.

Azərbaycan alimləri İlbər Ortaylının simasında əziz bir insanı, müdrik bir ağsaqqalı, nadir bir şəxsiyyəti, fədakar bir tədqiqatçını və etibarlı bir dostu itirmişdir.

Qiymətli elmi əsərləri, yetirmələri və dostları professor İlbər Ortaylının adını və xatirəsini yaşadacaqlar.

Allah rəhmət eləsin.


Baxış sayı - 59 | Yüklənmə tarixi: 14.03.2026 12:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031