manera.az
manera.az

Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub

📅 25.02.2026 16:28

Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
Fevralın 25-də Mədəniyyət Nazirliyində bir qrup yubilyar mədəniyyət xadimi ilə görüş keçirilib.

Görüşdə Xalq artistləri Niyaməddin Musayev, Yusif Axundzadə, Gülbacı İmanova, Səkinə İsmayılova, Natiq Şirinov, Xalq rəssamları Ağaəli İbrahimov, Eldar Mikayılzadə və tanınmış uşaq yazarı Solmaz Amanova iştirak ediblər.

Mədəniyyət naziri Adil Kərimli qonaqları salamlayaraq onları yubileyləri münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, bu şəxslərin hər biri mədəniyyətimizin inkişafına öz töhfələrini verirlər.

Sonra Adil Kərimli yubilyarlara Mədəniyyət Nazirliyinin Fəxri diplomlarını təqdim edib, cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb.

Mədəniyyət xadimləri göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.


Baxış sayı - 1 127 | Yüklənmə tarixi: 25.02.2026 16:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930