manera.az
manera.az

Şagirdlərin elektron yerdəyişməsi başlayır

📅 22.02.2026 13:43

Şagirdlərin elektron yerdəyişməsi başlayır
25 fevral saat 15:00-dan etibarən 2025-2026-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq.

Bu barədə MANERA.AZ-a MÜTDA-dan məlumat verilib.

Yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, 1-10-cu sinifləri əhatə edəcək.

Şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.

Qeyd edək ki, 25 fevral 2026-ci il tarixindən 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq.

Həmçinin, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 9-cu sinif üzrə yerdəyişmə prosesi 5 mart 2026-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.


Baxış sayı - 378 | Yüklənmə tarixi: 22.02.2026 13:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031