manera.az
manera.az

Magistratura imtahanlarında dəyişiklik edildi - RƏSMİ

📅 15.01.2026 21:06

Magistratura imtahanlarında dəyişiklik edildi - RƏSMİ
Magistratura səviyyəsi üzrə qəbul imtahanlarında esse tipli yazı tapşırıqlarının qiymətləndirilməsində dəyişiklik edilib.

Bu ildən tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyənlər üçün essedə bal məhdudiyyəti tətbiq edilib.


Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, yeni qaydalara əsasən, bu ildən etibarən tədrisi ingilis və ya alman dilində olan ixtisaslaşmaları ərizəsində qeyd etmək istəyən bakalavrlar esse yazmalı və bu tapşırıqdan minimum 2 bal toplamalıdırlar. Belə ki, yalnız bu şərti ödəyən namizədlər həmin ixtisaslaşmaları seçimlərinə əlavə edə biləcəklər.

DİM-dən verilən məlumata görə, tədrisi Azərbaycan və ya rus dilində aparılan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) üzrə nəticəyə hər hansı bal məhdudiyyəti tətbiq edilmir.

Xatırladaq ki, bir neçə ildir xarici dil fənni üzrə imtahanda iştirakçıların yazı bacarıqları esse vasitəsilə yoxlanılır. İndiyədək iştirakçılar esse tapşırığından maksimum 5 bal toplaya bilirdilər və essenin yazılması məcburi hesab edilmirdi.


Baxış sayı - 270 | Yüklənmə tarixi: 15.01.2026 21:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031