manera.az
manera.az

“Büllur başmaq” tamaşasının premyerası keçirilib

“Büllur başmaq” tamaşasının premyerası keçirilib
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Şarl Perronun “Küllücə” nağılı əsasında hazırlanan “Büllur başmaq” tamaşasının premyerası keçirilib.

Teatrdan MANERA.AZ-a bildirilib ki, birhissəli səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı Ağasəlim Feyzullayev, rejissor assistenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.

Tamaşada Əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Asya Atakişiyeva, Xalidə Əlməmmədova, Rəşad Səfərov, Hökümə Rəhimzadə, Xəyalə Qasımova, Ümman Budaqov, Ədalət Əbdülsəməd, Ramiq Nəsirov, Yusif Dadaşov, Natiq Fərzəliyev iştirak edirlər.

Nağılda ögey ana və qızlarının əzab-əziyyəti ilə rastlaşan qızcığazın yaşadığı çətinliklərdən, onun pisliklərə qarşı mətanətlə dözməyə çalışmasından bəhs olunur. Küllücə kralın oğlu tərəfindən təşkil olunan ziyafət gecəsinə qatılmaq istəsə də, ögey ana və bacılar icazə vermir. Lakin sehrbaz qadının köməkliyi ilə, Küllücə bu ziyafətə gedir, orada kralın yaraşıqlı oğlu ilə rastlaşır. Ziyafətdə şahzadə Küllücəyə aşiq olur və itmiş başmağının tayını axtarmaqda ona kömək edir.

Uşaqların böyük sevincinə səbəb olan tamaşa qarşıdan gələn bayram günlərində də nümayiş olunacaq.





Baxış sayı - 140 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031