manera.az
manera.az

Buker mükafatının qalibi məlum oldu

📅 14.11.2025 15:41

Buker mükafatının qalibi məlum oldu
2025-ci il Buker mükafatının qalibi yazıçı Devid Szalay olub.

MANERA.AZ xəbər verir ki, o, “Flesh” romanına görə bu nüfuzlu mükafata layiq görülüb. Devid həmçinin bu mükafatı qazanan ilk macar-britaniyalı müəllif kimi tarixə düşüb.

Münsiflər heyəti qısa siyahıya düşən altı əsəri beş saatdan çox müzakirə edib. Heyətin sədri Roddi Doyl bildirib ki, “Flesh” digər romanlar arasında öz orijinallığı ilə seçilib:

“Biz daim bu kitaba qayıdırdıq. Oxuduqlarımız arasında ona bənzər heç nə görməmişik. Bir çox mənada qaranlıq bir əsərdir, amma oxumaq böyük zövqdür”.

Roman gənc macar İştvanın həyatından bəhs edir. O, Budapeştin yataqxana tipli rayonlarından başlayaraq London elitasının dəbdəbəli malikanələrinə qədər uzanan bir həyat yolu keçir. Lakin hadisələr nəzarətdən çıxmağa başlayanda, qəhrəmanın həyatı tədricən dağılır.


Baxış sayı - 254 | Yüklənmə tarixi: 14.11.2025 15:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031