manera.az
manera.az

"Buker" mükafatının qalibi bəlli oldu

📅 13.11.2024 12:36

"Buker" mükafatının qalibi bəlli oldu
Dünyanın nüfuzlu ədəbiyyat mükafatı olan "Buker"in ("Booker Prize") 2024-cü il üzrə qalibi elan olunub.

APA mükafatın rəsmi saytına istinadən xəbər verir ki, qalib Londonda keçirilən mükafatlandırma mərasimində açıqlanıb.

Qalib qısa siyahı əsasında seçilib.

Mükafatın 2024-cü il üzrə qalibi “Orbital” romanı ilə Samantha Harvey olub.

Qeyd edək ki, qısa siyahıya aşağıdakı 6 müəllif və əsər daxil idi.

1. Percival Everett (“James”)
2. Samantha Harvey (“Orbital”)
3. Rachel Kushner (“Creation Lake”)
4. Anne Michaels (“Held”)
5. Yael van der Wouden (“The Safekeep”)
6. Charlotte Wood (“Stone Yard Devotional”)


Qısa siyahıda əsərləri yer alan altı yazıçıdan beşi qadın idi. Bu, mükafatın 55 illik tarixində bir ilk idi.

Xatırladaq ki, "Buker" mükafatı hər il ingilis dilində yazılan və Böyük Britaniya və İrlandiyada nəşr olunan əsərlərə verilir. Mükafatın məbləği 50 min funt sterlinqdir. Ötən il "Buker"in qalibi "Prophet Song" əsəri ilə Paul Lynch olub.


Baxış sayı - 511 | Yüklənmə tarixi: 13.11.2024 12:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031