manera.az
manera.az

Mir Cəlal adına V hekayə müsabiqəsi başladı

📅 04.11.2025 16:48

Mir Cəlal adına V hekayə müsabiqəsi başladı
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu ənənəvi müsabiqəsinə başlayıb. Mir Cəlal adına V hekayə müsabiqəsi qələm sahiblərindən yeni işlər gözləyir.

MANERA.AZ xəbər verir ki, 2026-cı il fevralın 1-dək davam edəcək müsabiqə həm peşəkar, həm də həvəskar yazarlara açıqdır. Hekayə müsabiqəsinin şərtləri bu dəfə də dəyişməz qalır.

Təqdim edilən işlər:

-Azərbaycan dilində yazılmalı,

-həcmi 1500 sözdən çox olmamalı,

-yeni olmalı, əvvəllər çap və ya elektron şəkildə yayılmamalı,

-müəlliflərin adı, soyadı, əlaqə məlumatı ilə birgə növbəti il fevralın 1-dək elektron şəkildə edibinevi@gmail.com ünvanına göndərilməlidir.

-hekayə mövzusu sərbəstdir.


Müsabiqəyə 2026-cü il aprelin sonunda yekun vurulacaq.

Mükafat fondu:

I yer üçün 3000 manat,

II yer üçün 2000 manat,

III yer üçün 1000 manat nəzərdə tutulub.

Qeyd edək ki, ilk dəfə 2017-ci ildə elan edilən Mir Cəlal adına hekayə müsabiqəsinə bu günə qədər iki mindən çox hekayə təqdim olunub.

Müsabiqə Azərbaycan ədəbi irsinin tədqiq və təbliği ilə məşğul olan “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən keçirilir.


Baxış sayı - 405 | Yüklənmə tarixi: 04.11.2025 16:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031