manera.az
manera.az

Mir Cəlal adına hekayə müsabiqəsi elan edildi

Mir Cəlal adına hekayə müsabiqəsi  elan edildi
Azərbaycanın mənəvi sərvətlərini təbliğ edən “Ədibin Evi” (XX əsr ədəbiyyatının klassiki Mir Cəlalın 1930-1940-cı illərdə yaşadığı ünvan)
müasir Azərbaycan ədəbi prosesinin inkişafına təkan vermək məqsədilə Mir Cəlal adına hekayə müsabiqəsi


ELAN EDİR:

Qaydalar və şərtlər:

- Hekayənin həcmi 2000 (iki min) sözdən çox olmamalıdır;

- Hekayənin məzmunu və yazıldığı dil ilə bağlı məhdudiyyət yoxdur;

- Çap olunmuş hekayələr qəbul edilmir;

-Hekayələr elektron şəkildə info@edibinevi.az və ya poçtla Bakı, İçərişəhər, Kiçik Qala küçəsi 18 ünvanına 1 aprel 2018-ci il tarixinə qədər göndərilməlidir.

Mükafatlar:

I yer: 3000 Azn
II yer: 2000 Azn (iki mükafat)
III yer: 1000 Azn (üç mükafat)


Qaliblər Xalq Yazıçısı Elçinin sədrliyi ilə tanınmış yazıçı və tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və 2018-ci ilin aprel ayında, Mir Cəlalın 110 illik yubileyi ərəfəsində “Ədibin Evi”ndə keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.

Müsabiqənin davamlı olacağı nəzərdə tutulur.

Əlaqə: +99450 254 12 17 / info@edibinevi.az / Kiçik Qala küçəsi 18, İçərişəhər, Bakı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930