manera.az
manera.az

“Suverenliyimizə qovuşduran şanlı zəfər” adlı sərgi keçiriləcək

📅 06.10.2025 13:56

“Suverenliyimizə qovuşduran şanlı zəfər” adlı sərgi keçiriləcək


Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara Rəsm və Heykəllər Muzeyi ilə birgə layihəsi əsasında Azərbaycanda "Konstitusiya və Suverenlik ili", habelə Vətən müharibəsində qazanılan Zəfərin 5 illiyi münasibəti ilə Türkiyədə yaşayan Azərbaycanlı rəssamların əsərlərindən ibarət “Suverenliyimizə qovuşduran şanlı zəfər” adlı sərgi keçiriləcək.

Sərginin keçirilməsi məqsədi ilə yaradılmış Təşkilat Komitəsi nümayiş etdiriləcək əsərlərin seçilməsini həyata keçirəcək.

Sərgiyə təqdim olunacaq dəyərli əsərlərin Azərbaycan və Türkiyənin muzeylərinə qalıcı eksponat kimi göndərilməsi nəzərdə tutulub.

Sərginin Türkiyənin Ankara və İstanbul şəhərlərində il ərzində keçirilməsi planlaşdırılır.

Türkiyədə yaşayan Azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin keçirilməsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Azərbaycan nişanələri dünyada” adlı layihəsinə əsasən Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilir.

Qeyd edək ki, Türkiyədə çox sayda Azərbaycanlı sənət adamları, rəssamları yaşayır, aparıcı universitetlərdə, sənət mərkəzlərində fəaliyyət göstərir. Onların əsərləri beynəlxalq, yerli sərgilərdə nümayiş etdirilir, bir sıra rəsm qalereyalarının fondlarında saxlanılır.


Baxış sayı - 139 | Yüklənmə tarixi: 06.10.2025 13:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031