manera.az
manera.az

Nəsimi festivalı Şamaxıda - Fotolar

📅 24.09.2025 15:46

Nəsimi festivalı Şamaxıda - Fotolar
Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının ikinci günü dahi şairin doğma yurdu Şamaxıda davam edir.

MANERA.AZ xəbər verir ki, ilk dəfə olaraq Nəsimi Bağları Kompleksində keçirilən festival bu ərazinin müxtəlif məkanlarında təşkil olunub. Festivalın ikinci günündə iştirakçılar zəngin mədəni proqram izləyirlər.

Festival tanınmış və sevilən xanəndələr, vokalçılar, qiraətçilərin iştirakı ilə İmadəddin Nəsimi yaradıcılığına həsr olunan bədii proqramla başlayıb.

Xalq artisti Munis Şərifovun bədii rəhbəri olduğu Qədim Musiqi Alətləri Ansamblının müşayiəti ilə xanəndələr Alim Qasımov, Fərqanə Qasımovanın, həmçinin İlkin Dövlətov, Hüseyn Məlikovun ifaları səslənib, qiraətçilər Mehriban Zəki, Xalidə Quliyeva, Xəzər Süleymanlı, Qasım Nağı, Əliağa Tapdıqov, Firuzə İsmayıl, Lalə Süleymanlının təqdimatında şeirlər oxunub.











Baxış sayı - 197 | Yüklənmə tarixi: 24.09.2025 15:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930