manera.az
manera.az

Yeni teatr mövsümün açılış mərasimi keçirilib

📅 13.09.2025 20:48

Yeni teatr mövsümün açılış mərasimi keçirilib
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 153-cü teatr mövsümünün açılış mərasimi keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin teatr haqqında fikirlərinin səsləndirilməsi ilə başlanıb.

Açılış mərasimində mədəni dəyərlərimizin qorunması, inkişafı və dünyada təbliği sahəsində Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı qeyd olunub.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti və Dövlət mükafatı laureatı Hacı İsmayılov yeni teatr mövsümünün açılışı ilə bağlı fikirlərini bölüşüb, teatrların ölkəmizin mədəni həyatında oynadığı vacib roldan danışıb.

Tədbirin bədii hissəsində Xalq artisti Azər Zeynalov, “Kaman” rəqs qrupu, Azərbaycan Dövlət Mahnı Teatrının solisti Aynur İsgəndərli və Əməkdar artist Bəyimxanım Vəliyeva musiqi nömrələri səsləndiriblər.

Tədbirdə ölkəmizdə fəaliyyət göstərən bütün teatrların aktyorları repertuardakı tamaşalardan parçalar ifa ediblər.




Baxış sayı - 207 | Yüklənmə tarixi: 13.09.2025 20:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930