manera.az
manera.az

MİQ imtahanı ödənişli olacaq - RƏSMİ

📅 12.09.2025 15:51

MİQ imtahanı ödənişli olacaq - RƏSMİ
Gələn ildən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı ödənişli olacaq.

MANERA.AZ xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin müzakirəsinə çıxarılan “Ümimi təhsil haqqında” qanuna dəyişiklik layihəsində nəzərdə tutulub.

Təqdim olunan dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.

Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, MİQ imtahanında iştirakın ödənişi təxminən 45-60 manat həddində olacaq.


Baxış sayı - 254 | Yüklənmə tarixi: 12.09.2025 15:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31