manera.az
manera.az

Şagird yerdəyişməsi başlayıb

📅 05.08.2025 16:52

Şagird yerdəyişməsi başlayıb
Avqustun 5-də 2025-2026-cı tədris ili üzrə şagird yerdəyişməsinə start verilib, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

MANERA.AZ xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 5 avqust saat 15:00-dan aktivləşdirilib, 10-cu siniflər üçün isə 12 avqust saat 11:00-dan aktivləşdiriləcək.

"Yerdəyişmə prosesi imtahanla həyata keçirilən müəssisələr üzrə imtahanlar 16-17 avqust tarixlərində həyata keçiriləcək. Övladlarının həmin imtahanlarda iştirak etməyini istəyən valideynlər 5 avqust 15:00 tarixindən 13 avqust 18:00 tarixinə qədər sy.edu.az platforması üzərindən qeydiyyatdan keçə bilər".


Baxış sayı - 182 | Yüklənmə tarixi: 05.08.2025 16:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031