manera.az
manera.az

Vaqif Poeziya Günləri keçiriləcək

Vaqif Poeziya Günləri keçiriləcək
İyulun 14-də Vaqif Poeziya Günləri başlanacaq.

MANERA.AZ xəbər verir ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbir Molla Pənah Vaqifin doğulduğu Qazax rayonundan start götürəcək.

İyulun 15-də Gəncə şəhərində, iyulun 16-da isə Ağdam rayonunda davam edəcək Poeziya Günləri iyulun 17-18-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yekunlaşacaq. Şuşada baş tutacaq tədbirlərdə tanınmış ədəbiyyat və incəsənət xadimləri, dövlət və hökumət nümayəndələri iştirak edəcək.

Poeziya Günləri çərçivəsində Qazax, Gəncə, Ağdam və Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Natəvanın evi, Qarabağ oteli və Mehmandarovlar malikanəsində poeziya saatları, kitab sərgiləri və təqdimatları, musiqili kompozisiyalar, elmi konfrans, teatr tamaşaları və müxtəlif ədəbi-bədii proqramlar təşkil ediləcək.

Qeyd edək ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılmış və onun tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib.


Baxış sayı - 186 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031