manera.az
manera.az

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayır

📅 05.05.2025 16:05


IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayır.

MANERA.AZ xəbər verir ki, Beynəlaxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə keçiriləcək festival 24-31 may tarixində Elmlər Akademiyasının parkında təşkil ediləcək.

Festivalın hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

Layihənin rəhbəri, Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rzanın sözlərinə görə, festivalın proqramı zəngindir:

"Türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, elmi konfranslar, film nümayişləri, konsret proqramları ilə yanaşı, görkəmli ədbilərin yubileyləri də qeyd ediləcək. Proqram çərçivəsində müxtəlif nəşriyyatların yeni nəşrləri və əl işləri təqdim olunacaq. Təntənəli açılış mərasimi 24 may, saat 12-də baş tutacaq və açılışa hər kəs dəvətlidir."

Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim Medianın təşkilati dəstəyi ilə həyata keçiriləcək.


Baxış sayı - 413 | Yüklənmə tarixi: 05.05.2025 16:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031