manera.az
manera.az

Lerikli gənc yüksək vəzifəyə təyin olunub

📅 13.04.2025 17:55

Lerikli gənc yüksək vəzifəyə təyin olunub
Lerik Rayon İcra Hakimiyyəti başçısının Veri Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyinat olub.

MANERA.AZ xəbər verir ki, İcra başçısının müvafiq əmri ilə Rəhimov Mirtəhmasib Fərman oğlu ərazi icra nümayəndəsi vəzifəsinə təyin edilib.

O bu vəzifəyə 05.02.2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin müsabiqə üzrə müsahibə mərhələsinə çıxarılmış və vakant vəzifə üçün keçirilmiş müsahibənin nəticəsi olaraq təyinat alıb.

Məlumat üçün qeyd edək ki, Mirtəhmasib Rəhimov Lerik rayonunun aktiv və potensiallı gənclərindən biridir.

O, dövlət qulluğuna qəbul imtahanlarında həm BB və həm də AC kateqoriyaları üzrə yüksək nəticə göstərərək, müvafiq olaraq BB1 və AC1 sertifikatlarını alıb.

10-dan çox elmi məqalə müəllifi olan Mirtəhmasib Rəhimov 3-cü yüksəliş müsabiqəsinin yeganə müəllim finalçısıdır.


Baxış sayı - 238 | Yüklənmə tarixi: 13.04.2025 17:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031