manera.az
manera.az

Arif Acaloğlu haqqında kitab nəşr edildi

📅 03.04.2025 21:55

Arif Acaloğlu haqqında kitab nəşr edildi
Görkəmli türkoloq, Türk xalqları mifologiyasının tanınmış araşdırıcısı və tərcüməçi dr. Arif Acaloğlu haqqında “Arif Acaloğlu: Uzaq yolların adamı” adlı kitab nəşr olunub.

MANERA.AZ xəbər verir ki, “Qanun” nəşriyyatında nəfis şəkildə işiq üzü görmüş topluda Arif Acaloğlunun keçdiyi ömür yolu haqqında xatirələr, yaradıcılığına həsr edilmiş məqalələr və tədqiqatlarından nümunələr, müsahibə və dialioqları toplanıb.

Bu materialların nəşrdə bir araya gətirilməsi onun həyatı və yaradıcılığı haqqında təsəvvür yaratmaq məqsədi güdür.

Toplunu yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı tərtib edib və nəşrə hazırlayıb.

Məsləhətçiləri A.Acaloğlunun həyat yoldaşı Sevda Acaloğlu, övladları Turxan Acaloğlu və Türkan Acaloğlu, texnik redaktoru qardaşı Akif Acaloğludur.

Kitabın aprelin 10-da, Arif Acaloğlunun doğum günündə Azərbaycan Türk Ocağının təşkilatçılığı, “Şərq”qəzetinin informasiya dəstəyi ilə AMEA Elmi Kitabxanasında təqdimatı planlaşdırılıb.


Baxış sayı - 556 | Yüklənmə tarixi: 03.04.2025 21:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930