manera.az
manera.az

“Arşın mal alan” gürcü dilində səhnələşdirilib

📅 03.04.2025 21:37

“Arşın mal alan” gürcü dilində səhnələşdirilib
Batumi Dram Teatrının kollektivi dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaşöhrətli “Arşın mal alan” operettasını gürcü dilində səhnələşdirib.

MANERA.AZ xəbər verir ki, tamaşa aprelin 2-də Acarıstan Muxtar Respublikasının Batumi Dram Teatrında gürcü dilində nümayiş etdirilib.

Səhnə əsəri Azərbaycanın Batumidəki Baş konsulluğunun dəstəyi ilə ərsəyə gəlib. Tamaşada Sultan bəy obrazını Laşa-Giorgi Papuaşvili, Cahan xanım rolunu Ketevan Qorqadze, Əsgər rolunu David Qarsamia, Gülçöhrə rolunu Nita Çixeidze, Süleyman rolunu Tamonqo Cğeria, Asya rolunu Keti Xaratişvili, Telli Rolunu Ruska Mağaşvili, Vəli rolunu isə David Mamrikişvili oynayıblar.

Tamaşanı Acarıstan hökumət rəsmiləri, bələdiyyə rəhbərləri, Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov, eləcə də gürcü və Azərbaycan icmalarının üzvləri, mədəniyyət və incəsənət xadimləri izləyiblər.

Baş konsul F.Əzizov dahi bəstəkar Üzeyir Hacıbəylinin operettasını səhnələşdirən təşkilatçılara və aktyor heyətinə təşəkkür edib. Bildirib ki, bu cür tədbirlər ölkələrimiz arasında mədəni əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.

Teatrın kollektivi göstərilən dəstəyə görə baş konsula minnətdarlıq edib.


Baxış sayı - 247 | Yüklənmə tarixi: 03.04.2025 21:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031