manera.az
manera.az

Məktəbəhazırlıq qrupları və I siniflərin yerdəyişməsi başlayıb

📅 25.11.2024 12:33

Məktəbəhazırlıq qrupları və I siniflərin yerdəyişməsi başlayıb
Noyabrın 25-i saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları və 1-ci sinif şagirdlərinin yerdəyişməsi prosesi aktiv edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən MANERA.AZ-a verilən xəbərə görə, bununla yanaşı müxtəlif səbəblərdən 10-cu siniflərə qəbul üçün gecikən şagirdlər dekabrın 1-nə qədər müvafiq portal vasitəsilə ümumi təhsil müəssisələrinə müraciət edə bilərlər.

Xatırladaq ki, oktyabrın 31-i saat 15:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi zamanı sy.edu.az saytında şəxsi kabinet yaratmaq və mövcud kabinetə “Digital Login” vasitəsilə daxil olmaq funksiyası aktiv edilib.

Şəxsi kabinetə giriş yalnız Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçirilir.


Baxış sayı - 284 | Yüklənmə tarixi: 25.11.2024 12:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930