manera.az
manera.az

Tofiq Əmrahovdan 2 hekayə / Manera.az

📅 09.11.2024 18:36

Tofiq Əmrahovdan 2 hekayə / Manera.az
MANERA.AZ yazıçı Tofiq Əmrahovun 2 hekayəsini oxuculara təqdim edir.

Tənha bülbül

Qonşumuzun həyətində hündür bir ağac vardı. Bizlərdə ona "qara ağac" deyillər. Çox möhkəm ağacdır, hərdən "dəmir ağac" da deyirik.

Hər pəncərəni açanda o ağacla üzbəüz dayanırıq. Bir vaxt qonşum o ağacı kəsmək istədi, qoymadım. Sən Allah qonşu, kəsmə də, hayıfdı o ağac dedim. Sağ olsun sözümdən çıxmadı.

Hər yaz ayları gələndə həmin ağacın başına bir cüt sarı bülbül gəlib qonardı. Elə cəh-cəh vururdular, elə xoşbəxt idilər ki... Mən də saatlarla onlara baxmaqdan yorulmurdum, hətta dərin xəyallara dalıb bu xoşbəxt cütlüyə həsəd də aparırdım.

Keçən ilin baharında o quşların biri gəlmədi. Çox pis oldum. Hər səhər tezdən pəncərəni açıb o biri quşun yəni bülbülün gəlməsini gözləyirdik. Həm mən və həm də tək qalan o sarı bülbül.

Bülbül cəh- cəh vurduqları, xoşbəxt günlərini keçirdikləri budaqlarda indi boynu bükük idi, nə oxuyurdu, nə də şənlənirdi. Mən də heyranlıqla baxdığım, qibtə etdiyim bu quşcuğaza baxıb çox məyus olurdum. Payız gəldi o quş da köçüb getdi. Mən də təzə baharın gəlməsini gözlədim, çox səbirsizliklə.

Yenə o tənha bülbül, yenə o budaqlar...Bu bahar kədərli bahar oldu mənimçün. Baxdım ki ağac yarpaqlamır, qurumağa doğru gedir. İndi pəncərəmin qarşısında bir quru "dəmir ağacı"dır, bir yetim qalmış sarı bülbül, bir də mən... Həyat, qəribəliklərlə dolu bir həyat... Bir-birinə bənzəyən ömür yolu...

Erməni ki erməni

Mazdok uğrunda şiddətli döyüşlər gedir. Güllələr başımıza dolu kimi yağırdı. Əmr verilmişdi, ancaq irəli. İki gün idiki ərzaq çatdırılmırdı. Ona heç imkan da yox idi. Komandirimiz rus balası müvəqqəti döyüşdə fasilə əmri verdi. Hər kəs özünə səngər qazır, müdafiə üçün başqa üsullar axtarırdı. Yaxınlığımızda qamışlıq var idi.

Aramızda Nikol adında bir erməni də vardı. Bu ermənidən heç gözüm su içmirdi. Mənə yaxınlaşıb nə desə yaxşıdır, ara kirba gəl buradan qaçaq. Ara məshəb haqqı nemes hamımızı qıracaq. Mən sərt halda dedim əə erməni dəli olmusan, qaçmaq nədir. Kişi də qorxaq olar, kişi də düşmən qabağından qaçar?

- O, isə mənə ara burada nə kişilik. Əsas odur ölməyək, salamat evimizə qayıdaq. Ona xəbərdarlıq etdim ki, bir də mənə belə bir söz desən özündən küs. Bu söhbətimizdən sonra məndən uzaq gəzirdi. Atəşin müvəqqəti dayandığı ərəfədə qamışlıqda bir xışıltı səsi gəldi.

Komandir cəld qamışlığa tərəf süründü. Dedi nə yaxşı oldu dəqiq bu qabandı. Dediyi ilə atəş açmağı bir oldu. Və bizə üzünü tutub tez gedin o donuzu gətirin ki bişirilsin yeyin.

Gedənin biri mən oldum. Sevincək qamışlığın içərisinə girəndə nə görsək yaxşıdır?!- Erməni Nikolun deşik-deşik olmuş cəsədi.

Bax erməni hər yerdə ermənidir ki, erməni!


Baxış sayı - 251 | Yüklənmə tarixi: 09.11.2024 18:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031