manera.az
manera.az

21-ci Ankara Kitab Sərgi-Yarmarkasında Azərbaycan təmsil olunacaq

📅 20.11.2024 08:27

21-ci Ankara Kitab Sərgi-Yarmarkasında Azərbaycan təmsil olunacaq
21-ci Ankara Kitab Sərgi-Yarmarkasında Azərbaycan təmsil olunacaq və bu il ölkəmiz Sərginin fəxri qonağı seçilib.

MANERA.AZ xəbər verir ki, bu il 29 noyabr - 8 dekabr 2024-cü il tarixlərində Türkiyənin Ankara şəhərində növbəti ənənəvi 21-ci Ankara Kitab Sərgi-Yarmarkası keçiriləcəkdir.

ATO Congresium Sərgi Mərkəzində keçiriləcək beynəlxalq kitab sərgi-yarmarkasında Türkiyənin hər yerindən oxucular, yazıçılar, nəşriyyatlar, mədəniyyət və sənətsevərləri bir araya gətirir və ümumilikdə sərgini 500 mindən artıq insanın ziyarəti gözlənilir.

Bu il Sərginin Təşkilat Komitəsi “Qonaq ölkə” olaraq Azərbaycanı seçmişdir.

Azərbaycan Mədəniyət Nazirliyinin dəstəyi ilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi Sərgidə Azərbaycan milli stendini təşkil edəcəkdir.'

21-ci Ankara Kitab Sərgi-Yarmarkasında Azərbaycan təmsil olunacaq


Baxış sayı - 322 | Yüklənmə tarixi: 20.11.2024 08:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930