manera.az
manera.az

“Ulduz”un oktyabr nömrəsində...

📅 24.10.2024 12:24

“Ulduz”un oktyabr nömrəsində...
“Ulduz” jurnalının oktyabr nömrəsi işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, jurnalın bu nömrəsi tanınmış şair Əlizadə Nurinin “Özüylə söhbəti...” və şeirləri ilə açılır.

Jurnalda Ruslan Mollayevin “Aktrisa” hekayəsindən sonra Məti Osmanoğlu “Gənc yazarlar üçün ustad dərsi” keçir. “Şeir vaxtı”nın qonaqları Vüqar Rahi, Ramil Mərzili, Aysel Xanlarqızı, Xəyalə Sevil, Gülər Mübariz, Anar Seyidağa, Ülkər Nicatlı və İmir Məmmədlidir.

Xanəmir Telmanoğlu “Qızıl alma vücudnaməsi”ni təqdim edir. Alpay Azər “Ali rütbəli nəzarətçilər”, Nurlana İşıq “Qazinin izi”, Rey Kərimoğlu “Telli Mədət və Xankəndidə torpaq satan dəli qadın” (sənədli hekayə), Səadət Musayeva “Son çağırış” hekayələri ilə oxucuların görüşünə gəliblər.

“Nağıl” rubrikasında “Tənbəl ayı” ilə Əfsanə Rəhimlidir.

Dərginin bu nömrəsində Fələstin və iordanəsilli şair, rəssam Əli-Əl-Əmirinin “Dünya poetik sanitariyaya möhtacdır...” essesi, Elxan Yurdoğlunun 70 yaşı tamam olan İbrahim Yusifoğluna dost məktubu, “Anım” rubrikasında Aydın Tağıyevin unudulmaz şair Səyavuş Sərxanlı haqqında yazısı yer alır.

“Ulduz”un oktyabr nömrəsində...


Baxış sayı - 396 | Yüklənmə tarixi: 24.10.2024 12:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930