manera.az
manera.az

Qorqudşünaslığa yeni töhfə

📅 16.09.2024 17:00

Qorqudşünaslığa yeni töhfə
Professor Seyfəddin Rzasoyun “Dədə Qorqud” eposu. II kitab. Dastanın “Alp Aruz variantı”nın ilk bərpa təcrübəsi” kitabı çapdan çıxıb.

MANERA.AZ xəbər verir ki, kitabda müəllifin elm aləminə ilk dəfə daxil etdiyi “Dədə Qorqud” eposunun “Alp Aruz variantı” anlayışı, həmin variantın poetik struktur və nəzəri-metodoloji bərpa məsələləri, “Alp Aruz variantı”nın “Dədə Qorqud”un II və VIII boylarından bərpası kimi məsələlərdən bəhs olunur.

“Alp Aruz variantı”nın şərti adlar altında “Alp Aruzun Uruzu ərgənlik//inisiasiya ritualından keçirtməsi və ona ad verməsi”, “Alp Aruzun evinin yağmalanması”, “Aruzun kor olmuş gözlərinin açılması”, “Qıyan Selcikin dirilməsi” kimi boylarının strukturu bərpa edilir.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən 304 səhifəlik kitabın redaktorları prof. Dr. Mehmet Aça, fil.ü.f.d., dos. Səfa Qarayev və fil.ü.f.d., dos. Hikmət Quliyev, rəyçi-ekspert isə fil.e.d., dos. Qalib Sayılovdur.

Qeyd edək ki, müəllifin “Kitabi-Dədə Qorqud” eposu” seriyasından eyni formatda nəşr etdirdiyi I kitabı “Dədə Qorqud” eposu. “Qəhrəmanın ölüb dirilməsi” adlanır.

Qorqudşünaslığa yeni töhfə


Baxış sayı - 291 | Yüklənmə tarixi: 16.09.2024 17:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930