manera.az
manera.az

MİQ üzrə vakansiya seçimi başlayıb

📅 01.08.2024 06:28

MİQ üzrə vakansiya seçimi başlayıb
İyulun 31-i saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçirilir.

Təhsil İnstitutundan MANERA.AZ-a bildirilib ki, bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimum 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər avqust 5-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda onun müsabiqənin növbəti vakansiya seçimində iştirakı təmin olunmayacaq.


Baxış sayı - 358 | Yüklənmə tarixi: 01.08.2024 06:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31