manera.az
manera.az

Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq - Antalya

📅 13.07.2024 10:35

Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq - Antalya

Türkiyənin Akdeniz Universitetində Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq

"Bu mərkəz Türkiyədəki münasibətlərimizin daha da gücləndirilməsi məqsədilə önəmli bir addımdır"

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun Antalyada səfər çərçivəsində, Türkiyənin Antalya Böyükşəhər Bələdiyyəsinin sədrinin müavini, mədəniyyət və turizm məsələləri üzrə müşaviri Durmuş Ali Arslanla görüşüb.

Görüş zamanı ölkələrimiz arasında mövcud qardaşlıq bağları və mədəni əlaqələrin daha da gücləndirilməsi məsələləri müzakirə olunub. İki ölkə arasında "qardaşlaşmış şəhərlər" layihəsinin icrası, Azərbaycan tarixi və mədəniyyətinin tanınmış simalarının adlarının qardaş ölkədə əbədiləşdirilməsi, habelə bu şəxsiyyətlərin adlarının Türkiyə universitetlərində yaradılacaq Azərbaycan mərkəzlərinə verilməsi haqqında fikir mübadiləsi aparılıb.

Samir Abbasovun rəhbərliyi altında, mərkəz təşkil olunarkən Türkiyənin Antalya şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbərinin müavini İlknur Kökenlə də görüş keçirilib. İki tərəf arasında Antalyada keçiriləcək mədəniyyət tədbirləri və Azərbaycan mədəniyyəti ilə ədəbiyyatına həsr olunan layihələr haqqında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Akdeniz Universitetində yaradılacaq Azərbaycanşünaslıq Mərkəzi, ölkəmizə dair məlumatları geniş auditoriya ilə paylaşmaq məqsədilə fəaliyyət göstərəcək. Mərkəzdə Azərbaycan tarixi, milli mədəniyyətimizə dair guşələr, portretlər, rəsmlər, suvenirlər, xalçalar və daimi sərgilər təşkil olunacaq. Ana dilimizin təbliği və mühazirələr də təşkil ediləcək.

Bu addım Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin daha da inkişafına, tarixi bağların gücləndirilməsinə və iki dost və qardaş ölkə arasında sıx əməkdaşlıq əlaqələrinin inkişafına böyük bir töhfədir.

MANERA.AZ

Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq - Antalya


Baxış sayı - 247 | Yüklənmə tarixi: 13.07.2024 10:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031