manera.az
manera.az

MİQ imtahanlarının dəqiq tarixi məlum oldu - Siyahı

MİQ imtahanlarının dəqiq tarixi məlum oldu - Siyahı
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanlarının dəqiq vaxtı məlum olub.

Elm və Təhsil Nazirliyindən MANERA.AZ-a verilən xəbərə görə, imtahanların keçirləcəyi tarix, saatyer barədə məlumat artıq iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

Beləliklə, MİQ imtahanları iyulun 2-10-u aralığında ölkənin 18 şəhəri olmaqla 39 imtahan mərkəzində təşkil olunacaq.

Test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual (ümumilikdə 60) təqdim ediləcək.

Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt verilir.

Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan bir sual 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq.

Ümumilikdə cavablara 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.

Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual - 0,5 bal, tədris metodikası üzrə isə - 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsindən çıxılacaq.

Test imtahanının nəticələrində keçid balı 40 bal götürüləcək.

Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılacaq.

MİQ imtahanlarının dəqiq tarixi məlum oldu - SiyahıБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
293031