manera.az
manera.az

Azərbaycanlı bəstəkar Polşada birinci yerə layiq görülüb

📅 25.06.2024 12:38

Azərbaycanlı bəstəkar Polşada birinci yerə layiq görülüb
Beynəlxalq müsabiqələr laureatı Nigar Süleymanın “Simli kvartet” əsəri Polşada keçirilən beynəlxalq “WBM” müsabiqəsində birinci yerə layiq görülüb.

MANERA.AZ xəbər verir ki, əsər İkinci Qarabağ müharibəsində şəhid olmuş Rəşad Babayevə həsr edilib.

Şəhidə ithaf edilən əsərdə qəhrəmanın ürək döyüntüləri, mübarizəsi və ölümü əks olunub.

Müsabiqə qalibləri arasında Amerika, Yaponiya, Çindən olan bəstəkarlar da var.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Estoniya Musiqi və Teatr Akademiyasının məzunu olan Nigar Süleymanlı Nizami Gəncəviyə həsr olunmuş Romans müsabiqəsinin diplomantı, Bakı Caz Festivalının qalibi (2-ci yer), “Bəstəkarlar üçün çağırış” müsabiqəsinin qaliblərindən biri olub.

2021-ci ildə Estoniya Musiqi və Teatr Akademiyasında Erasmus proqramı çərçivəsində Malle Maltis, Tammo Summera, Lisa Hirsch kimi bəstəkarlardan elektroakustik bəstəkarlıq dərsləri alıb.

Azərbaycanlı bəstəkar Polşada birinci yerə layiq görülüb
Azərbaycanlı bəstəkar Polşada birinci yerə layiq görülüb


Baxış sayı - 386 | Yüklənmə tarixi: 25.06.2024 12:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31