manera.az
manera.az

Şəki məktəblisi 700 bal topladı

📅 15.06.2024 05:06

Şəki məktəblisi 700 bal topladı
Şəki məktəblisi maksimum nəticə göstərib.

MANERA.AZ xəbər verir ki, Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbinin məzunu I ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstərib.

Belə ki, Şəki şəhər 18 nömrəli tam orta məktəbin məzunu İlyasova Zərifə Elmaz qızı I ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verərək 400 bal toplayıb.

Qeyd edək ki, imtahanın I mərhələsində 300 bal toplayan istedadlı məzun hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.

Yüksək uğur qazanmış abituriyenti, onun müəllimlərini və valideynlərini ürəkdən təbrik edirik!


Baxış sayı - 498 | Yüklənmə tarixi: 15.06.2024 05:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031