manera.az
manera.az

Narıngülün yeni kitabı çapdan çıxdı - Foto

📅 04.06.2024 06:48

Narıngülün yeni kitabı çapdan çıxdı - Foto
Yazıçı Narıngül Nadirin “Çilli qız” adlı yeni kitabı çapdan çıxıb.

MANERA.AZ xəbər verir ki, kitaba “Çilli qız”, “Yuva” povestləri və müxtəlif vaxtlarda qələmə alınmış hekayələr daxil edilib.

Kitab “Elm və Təhsil” nəşriyyatında çap olunub, redaktoru yazıçı-publisist Təranə Vahiddir.

Kitabın annotasiyasında müəllif belə qeyd edir: “Bu kitabın hər səhifəsindən bir insan taleyi boylanır. Dünyada qəribə taleli adamlar var. Hər adamın da öz nağılı...Dünya eləcə kitab-kitab nağıldır.

Bir də ki, yaşadığımız həyat başdan-başa təkrarlardan ibarətdir axı... Şəklini itirmiş, formasını dəyişmiş təkrarlardan...”

Qeyd edək ki, III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında yazıçının “Çilli qız” povest və hekayələr kitabı oxuculara təqdim olunub.

Narıngülün yeni kitabı çapdan çıxdı - Foto


Baxış sayı - 492 | Yüklənmə tarixi: 04.06.2024 06:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930