manera.az
manera.az

Musiqili Teatrda premyera – “Adamın adamı”

📅 26.05.2024 11:06

Musiqili Teatrda premyera – “Adamın adamı”
İyunun 6-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Anarın “Adamın adamı” pyesi və bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun musiqisi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olacaq.

Teatrdan MANERA.AZ-a bildirilib ki, səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, rejissoru Elməddin Dadaşov, konsertmeysterləri Kamil Həsənov və Fidan Məmmədova, rejissor assistenti Tamilla Aslanovadır.

Səhnə əsərinin süjet xəttində cərəyan edən hadisələrdə cəmiyyətin bir sıra problemləri satirik-yumoristik vəziyyətlərlə ön plana çəkilir. Dəbdəbəli həyat tərzi ilə seçilən, vəzifə və pul düşkünlərinin, əslində, sosial-psixoloji durumlarındakı natamamlıqlar obrazların dili ilə tamaşaçılara çatdırılır.

Bu əsər Musiqili Teatrda 2005-2010-cu illərdə mərhum rejissor Faiq Zöhrabovun quruluşunda “Aldın payını, çağır dayını” adı altında oynanılıb, bu dəfə isə Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun yeni quruluşunda “Adamın adamı” kimi təqdim olunacaq.

Musiqili Teatrda premyera – “Adamın adamı”
Musiqili Teatrda premyera – “Adamın adamı”
Musiqili Teatrda premyera – “Adamın adamı”


Baxış sayı - 598 | Yüklənmə tarixi: 26.05.2024 11:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930