manera.az
manera.az

İltifat Salehin xatirə gecəsi keçirilib - Fotolar

İltifat Salehin xatirə gecəsi keçirilib - Fotolar
Mayın 18-də Lənkəran Mərkəzi Kitabxanasında “Unudulmayanlar” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş mərhum şair İltifat Salehin xatirə gecəsi keçirilib.

MANERA.AZ xəbər verir ki, rayon rəsmiləri, şairin ailə üzvləri, yaxın dostları, tanınmış yazarlar və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimi AYB Lənkəran bölməsinin sədri Qafar Cəfərli açaraq, İltifat Salehin yaradıcılığından danışıb. O bildirib ki, unudulmaz söz sərrafının yaradıcılığı oxucularının ürəyində silinməz iz qoyub və həmişə böyük məhəbbətlə oxunur.

Mərasimdə çıxış edən digər natiqlər də şair İltifat Salehin söz aləmindən sevgi ilə söhbət açıb və onunla bağlı xatirələrini bölüşüblər. Şairlər Ağamir Cavad, Ziyafət Yəhya, Xatirə Xatun, Əfsanə Sultan Xəlilbəyli, yazıçı-publisist Səyavuş Süleymanlı, Xalq artisti Qabil Quliyev, aktrisa, Prezident mükafatçısı Aynur Əhmədova, bəstəkar-musiqişunas Zəminə Tariyelqızı və başqalarının çıxışları maraqla dinlənilib.

Tədbirin bədii hissəsi də yaddaqalan olub. C. Cabbarlı adına 1 saylı Lənkəran şəhər uşaq musiqi məktəbinin muğam üçlüyü sözləri İltifat Salehə aid olan nümunələri ifa edib. Skripkaçı Müqabil Kamandarın, xanəndə Əsəd Məmmədovun ifaları iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb. Sözlü-nəğməli gecədə məktəblilər şairin poeziyasından nümunələr səsləndiriblər.

Sonda şairin qızı Afaq Eyvazova İltifat Saleh yaradıcılığına verilən yüksək dəyərə görə mərasimin təşkilatçılarına minnətdarlığını bildirib.

XQ

İltifat Salehin xatirə gecəsi keçirilib - Fotolar
İltifat Salehin xatirə gecəsi keçirilib - Fotolar
İltifat Salehin xatirə gecəsi keçirilib - Fotolar
İltifat Salehin xatirə gecəsi keçirilib - Fotolar
İltifat Salehin xatirə gecəsi keçirilib - Fotolar
İltifat Salehin xatirə gecəsi keçirilib - Fotolar
İltifat Salehin xatirə gecəsi keçirilib - Fotolar
İltifat Salehin xatirə gecəsi keçirilib - Fotolar
İltifat Salehin xatirə gecəsi keçirilib - Fotolar


Baxış sayı - 458 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031