manera.az
manera.az

Teatrın üç aylıq repertuarı | MANERA.AZ

Teatrın üç aylıq repertuarı | MANERA.AZ

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2016-cı ilin ilk üç ayı üçün nəzərdə tutulmuş repertuar planı təsdiq edilib.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, sənət ocağı böyüklər üçün ilk üç ay ərzində “Yalqız Qərb”, “Gözəllik kraliçası”, “Hasarın o üzü”, “Buzovna kəndinin əhvalatları” “Pəri Cadu”, “Xortdanın cəhənnəm məktubları”, “Mən gəldim qızlar”, “Sarıköynəklə Valehin nağılı”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Romeo və Culyetta”, “III Riçard”, “Ağ ölüm”, “Şeyx Sənan” və “İtalyansayağı xoşbəxtlik” tamaşalarını təqdim edəcək.

Bu müddətdə balaca teatrsevərlər də unudulmayacaq. Onlara qarşıdakı üç ayda “Buratinonun macəraları”, “Çəkməli pişik”, “Dörd əkizin nağılı”, “Qoğalın nağılı”, “Yatmış gözəl”, “İncəbel və div”, “Dovşanın ad günü”, “Əlibaba və qırx quldur”, “Qırmızı papaq”, “Dəcəl keçi”, “Şahzadə Xəzərin nağılı”, “Balaca və damda yaşayan Karlson”, “Çirkin ördək balası” və “Qaraca qız” tamaşaları təqdim olunacaq.

Teatrın üç aylıq repertuarı | MANERA.AZ

20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Mənim ağ göyərçinim”, Xocalı soyqırımı və 31 mart Azərbaycanlılarının soyqırımı ərəfəsində “Arzu və Murad” tamaşaları nümayiş olunacaq.

Bu müddət ərzində teatrda 2 yeni tamaşanın premyerası da nəzərdə tutulur. Belə ki, mart ayının əvvəlində italyan dramaturqu Karlo Qaldoninin “Mehmanxana sahibəsi” və Rus xalq nağılı əsasında hazırlanmış “Möcüzəli turpun nağılı” tamaşalarının premyerası olacaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31