manera.az
manera.az

Prezident Rəşad Məcidi təltif etdi

Prezident Rəşad Məcidi təltif etdi
Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

MANERA.AZ xəbər verir ki, Rəşad Məcidə yubiley medalı bugün, martın 28-də Medianın İnkişafı Agentliyində təqdim olunub.

Mükafatlandırma mərasimindən sonra sosial media hesabında paylaşım edən Mətbuat Şurasının sədri cənab Prezidentə təltifə görə təşəkkür edib:

“Cənab Prezidentə bu sanballı təltifə görə təşəkkürümü bildirirəm. Ümummilli Liderlə görüşmək, təmasda olmaq, onun qarşısında çıxış etmək və sual ünvanlamaq tarixi şanslar idi. Xoşbəxtəm ki, belə şanslar mənim də bəxtimə düşüb”.

525.az

Prezident Rəşad Məcidi təltif etdi


Baxış sayı - 336 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930