manera.az
manera.az

"Bahar və Buz qızı" tamaşası təqdim olunub

📅 22.03.2024 13:58

"Bahar və Buz qızı" tamaşası təqdim olunub
Novruz bayramı münasibətilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ssenari müəllifi Əməkdar artist Ramil Qasımova məxsus olan fantastik, milli və müasir üslubda hazırlanan "Bahar və Buz qızı" uşaq nağıl şousu nümayiş etdirilib.

Filarmoniyanın mətbuat xidmətindən MANERA.AZ-a verilən məlumata görə, rollarda Gəncənin gənclərindən ibarət aktyorlar Ürfanə Əzimova, Aysu Kərimova, Ceyhun Qurbanov, Rəsul Quliyev, Tofiq Quliyev, Ruslan Bayramov, Amin Hüseynov, Almas Qasımova çıxış ediblər.

Nağıl şouda Buz kraliçasının sifarişi ilə Doktor Jon tərəfindən oğurlanan Bahar qızını dostları Səbiş və Aquş xilas edir.

Tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayevadır.

"Bahar və Buz qızı" tamaşası təqdim olunub
"Bahar və Buz qızı" tamaşası təqdim olunub


Baxış sayı - 267 | Yüklənmə tarixi: 22.03.2024 13:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031