manera.az
manera.az

"Mübariz” operasının premyerası olacaq

📅 17.01.2020 11:09

"Mübariz” operasının premyerası olacaq
"Mədəniyyət" kanalının təşkilatçılığı ilə yanvarın 17-də saat 19.00-da Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şücaətindən bəhs edən “Mübariz” adlı bir hissəli operanın premyerası keçiriləcək.

Manera.az xəbər verir ki, librettosu şair Şahin Musaoğluna, musiqisi bəstəkar Nərmin Nağıyevaya məxsus olan tamaşanın quruluşçu rejissoru respublikanın Əməkdar artisti İnarə Babayevadır.

Baş rolda Əməkdar artist Ramil Qasımov, Əməkdar artist Cahangir Qurbanov,Səbinə Ərəbli, Əməkdar artist Tural Ağasiyev, Taleh Yahyayev, Şaban Cəfərov Elçin Əhədzadə, Aydan Həsənova çıxış edəcəklər.

Quruluşçu baletmeyster Əməkdar artist Ceyhun Qubadov, quruluşçu rəssam Fərid Nəcəfovdur. Tamaşada F.Əmirov adına Əməkdar kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xoru (xormeyster Şəhla Ələkbərova) iştirak edəcəklər.


Baxış sayı - 1 009 | Yüklənmə tarixi: 17.01.2020 11:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031