manera.az
manera.az

Azad Qaradərəli haqqında kitab çap olundu

Azad Qaradərəli haqqında kitab çap olundu
“Azad Qaradərəlinin söz aləmi” adlı məqalələr toplusu çap edilib.

Kulis.az xəbər verir ki, topluda ədəbiyyatşünas alimlərdən Tehran Əlişanoğlu, Rəhim Əliyev, Vaqif Yusifli, Qurban Bayramov, Ramin Əhmədov, Mehman Qaraxanoğlu, Sabir Bəşirov, Mənzər Niyarlı; dilçi alimlərdən İsmayı Kazımov, Qulu Məhərrəmli; filosoflardan Rahid Ulusel, Niyazi Mehdi, Zakir Məmmədəli; tarixçi alimlərdən Lətif Şüküroğlu, Həsən Səfəri; yazıçılardan Camal Yusifzadə, Məmməd İsmayıl, Əlabbas, Eyvaz Zeynalov, Mehriban Vəzir, Ağacəfər Həsənli, Əjdər Ol, Məmməd Elli, Aqşin Yenisey, Qismət, Sevinc Elsevər, Ulucay Akif, Nemət Mətin, İradə Aytel, Vaqif Osmanlı, Həmid Piriyev, Günel Rəcəb, Araz Gündüz, Teyfur Çələbi, Çinarə Ömray, Bahar Zamanı, habelə Türkiyədə və Almaniyada yaşayan qələm adamlarından Cazim Gürbiz, Celal İlhan, Orhan Aras, Ahmet Yıldız, Ceylan Mumoğlu, Selcuk Ülger, Əbdülqadir Özkanın yazıları, habelə Esmira Məhiqızı, Adil Yılmaz (Türkiyə), İsfəndiyar Əhmədli, Bərxudar Hüseynlinin yazıçıya həsr olunmuş şeirləri yer almışdır.

Topluda yazıçının yaxınlarının, uşaqlıq və gənclik dostlarının, sıravi oxucuların ürək sözlərinə də yer verilib.

608 səhifəlik kitabın sonunda yazıçının həyatının müxtəlif məqamlarını – gənclik illərini, ailə bağlarını, dostlarını, tələbələrini, qələm dostlarını, kitab təqdimatlarını, Türkiyə səfərlərini əks etdirən fotolar-şəkillər də dərc olunub.

Qeyd edək ki, "Qanun" nəşriyyatında çap olunan kitabın elmi redaktoru professor İsmayıl Kazımov, redaktorları Mübariz Örən, Sevinc EL-Sevər, tərtibçisi Şərqşünaslıq İnstitunun əməkdaşı Türkan Azadqızıdır.

Azad Qaradərəli haqqında kitab çap olunduБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031