manera.az
manera.az

Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə mühüm töhfə

📅 24.01.2024 14:32

Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə mühüm töhfə
Tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun M.Ə.Rəsulzadənin mətbuat haqqındakı yazılarını və fəaliyyətini əhatə edən, 342 səhifədən ibarət olan kitabı “Qanun” nəşriyyatında nəşr edilib.

MANERA.AZ xəbər verir ki, bu, M.Ə.Rəsulzadənin 140 illik yubileyi ilində çap olunan ilk geniş araşdırma və tədqiqat kitabıdır. Bu, həm də humanitar elmlər və media sahəsində çalışanların faydalanması üçün ciddi vəsaitdir.

Kitabda M.Ə.Rəsulzadənin mətbuat haqqında 50-dən çox yazısı da oxuculara təqdim olunub. Eyni zamanda, kitabda M.Ə.Rəsulzadənin mətbuatla bağlı "İrşad", "Tərəqqi", “Təkamül”, "İrani-nov", "İqbal","Açıq söz", ”İstiqlal” və digər qəzetdəki yazıları, Azərbaycan Parlamentindəki çıxışları tədqiq edilib.

Bundan əlavə, M.Ə.Rəsulzadənin mühacirət irsində mətbuatla əlaqəli yazıları (“Yeni Qafqasiya”, “Azəri Türk”, “Odlu Yurd”), Türkiyə, Polşa rəsmiləri ilə yazışmaları, şəxsi məktublaşmaları da tədqiq edilərək oxuculara təqdim olunub.

Kitabda M.Ə.Rəsulzadənin mətbu fəaliyyətini əhatə edən bəzi yazılar rus və ingilis dillərində də oxuculara çatdırılıb.

Kitabın sonunda - "Sənədlər" bölməsində maraqlı arxiv sənədləri ilə də tanış olmaq mümkündür.


Baxış sayı - 579 | Yüklənmə tarixi: 24.01.2024 14:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930